Almaniyada 2029-cu ilədək 723 min mütəxəssis çatışmazlığı gözlənilir

A- A A+

Almaniyada ixtisaslı işçi çatışmazlığının 2029-cu ilədək 723 min nəfərə çatacağı proqnozlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Alman İqtisadiyyatı İnstitutunun araşdırmasında bildirilib.

Qeyd olunub ki, bu göstərici 2024-cü il üzrə proqnozdan 47 faiz çoxdur. Ən böyük çatışmazlığın pərakəndə ticarət sektorunda olacağı və burada 39 min mütəxəssisə ehtiyac yaranacağı gözlənilir.

Araşdırmaya görə, “bebi bumer” nəslinin nümayəndələrinin kütləvi şəkildə təqaüdə çıxması əmək bazarındakı vəziyyəti daha da ağırlaşdıra bilər. İmmiqrasiyanın azalmasının isə bu prosesi sürətləndirəcəyi bildirilir.

2029-cu ilədək avtomobil sənayesində 15,9 min, elektrik mühəndisliyi sahəsində 13,8 min, mexatronika üzrə isə 13,6 min mütəxəssis çatışmazlığı yarana bilər.

Ekspertlər problemin qarşısını almaq üçün əmək fəaliyyətinin stimullaşdırılmasını və Avropa İttifaqına daxil olmayan ölkələrdən ixtisaslı işçi qüvvəsinin cəlb edilməsinin artırılmasını təklif edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: