Zelenski sentyabr ayı ərzində Trampla görüşməyi planlaşdırır

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabr ayı ərzində ABŞ Prezidenti Donald Trampla görüş keçirməyi planlaşdırır.

NUHÇIXAN "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Kiyev özünün "Freya" raket proqramını hazırlayır və bu layihənin həyata keçirilməsində Vaşinqtonun dəstəyinə ümid edir.

V.Zelenski qeyd edib ki, Ukrayna avropalı tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Bununla yanaşı, onun sözlərinə görə, hazırda Kiyevə ballistik raketlərin məhz ABŞ-dən tədarükü lazımdır.

Ukrayna Prezidenti bildirib ki, ehtimal olunan görüş zamanı bu məsələni Trampla müzakirə etməyi planlaşdırır: "Mən sentyabrın sonlarında Trampla görüşə ümid edirəm".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: