Türkiyə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramında ən çox irəliləyiş göstərən ölkə olub

A- A A+

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PISA - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının 2025-ci il üzrə nəticələri açıqlanıb. Ümumilikdə 91 ölkənin iştirak etdiyi qiymətləndirmədə Türkiyə təbiət elmləri, oxu bacarıqları və riyaziyyat üzrə göstəricilərini ən çox yüksəldən ölkə olub.

NUHÇIXAN xəbər verir ki, Türkiyə 2022-ci illə müqayisədə hər üç sahədə daha yüksək nəticə göstərib. Ölkənin sıralaması təbiət elmlərində 15, oxu bacarıqlarında 18, riyaziyyatda isə 11 pillə yüksəlib.

2003-cü illə müqayisədə Türkiyənin təbiət elmləri üzrə balı 434-dən 494-ə, oxu bacarıqları üzrə 441-dən 472-yə, riyaziyyat üzrə isə 423-dən 462-yə yüksəlib.

Türkiyə OECD ölkələri arasında da əhəmiyyətli irəliləyiş göstərib. Ölkə təbiət elmlərində 14-cü, oxu bacarıqlarında 13-cü, riyaziyyatda isə 23-cü yerdə qərarlaşıb. Həmçinin Türkiyə son 10 ildə hər üç sahə üzrə nəticələrini yaxşılaşdıran yeganə OECD ölkəsi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: