Fransada muzeydən 9 milyon avro dəyərində tablolar oğurlanıb

A- A A+

Fransada Oqüst Renuar muzeyindən ümumi dəyəri təxminən 9 mln. avro olan üç tablo oğurlanıb. Dördüncü əsəri cinayətkarlar polis təqibi zamanı atıblar.

NUHÇIXAN "Sky News"a istinadən xəbər verir ki, bu barədə Kan-sür-Mer kommunasının meri Brian Masson bəyanat verib.

Oğrular sentyabrın 8-i səhər saatlarında muzeye daxil olaraq dörd tabonu çıxarıb aparıblar. Təqib zamanı onlar tablolardan birini atıblar, lakin digərlərini oğurlamağa müvəffəq olublar.

"Renuar muzeyinə hücum Kan-sür-Merin tarixinin və irsinin bir hissəsinə hücumdur. Bu cür hərəkətlər xüsusilə ciddi xarakter daşıyır", - mer vurğulayıb.

Oğurlanan əsərlərin adları hələlik açıqlanmır. Lakin merin ofisindən bildiriblər ki, oğurlanan tabloların dəyəri 9 mln. avro həcmində qiymətləndirilir.

Əvvəllər Europol incəsənət əsərlərinin Avropada oğurlanmasının getdikcə daha zorakı xarakter aldığını bildirib. Hüquq-mühafizə agentliyinin məlumatına görə, ixtisaslaşmış cinayətkar qrupların yerini situativ formalaşdırılan qruplar tutur və onların iştirakçıları çox vaxt sosial şəbəkələr vasitəsilə tapılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: