Şahzadə Corc Eton Kollecində təhsilə başlayıb

A- A A+

Böyük Britaniya taxtının varislərindən olan Şahzadə Corc Eton Kollecində ilk dərs gününə başlayıb.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, 13 yaşlı Şahzadəni məktəbə valideynləri Uels Şahzadəsi Uilyam və Şahzadə Ketrin müşayiət ediblər. Yağışlı hava şəraitində məktəbə gələn ailəni Eton Kollecinin rəhbəri Saymon Henderson qarşılayıb.

Şahzadə Corc kollecdə internat şagirdi kimi təhsil alacaq. Bununla da o, vaxtilə həmin məktəbdə oxumuş atası şahzadə Uilyamın yolunu davam etdirəcək. Böyük Britaniyanın ən nüfuzlu özəl təhsil müəssisələrindən biri hesab olunan Eton Kollecində indiyədək 20 britaniyalı baş nazir təhsil alıb. Məktəbdə illik təhsil haqqının təxminən 65 min funt sterlinq olduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: