Sudanın Şimali Kordofan vilayətində yerləşən Umm Ravabə şəhərində pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 13 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, hücumun Çevik Dəstək Qüvvələri tərəfindən həyata keçirildiyi bildirilir. Hadisə şəhərdəki məhkəmə binasının yaxınlığında, insanların sıx olduğu yerdə baş verib.
Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında 2023-cü ilin aprelindən döyüşlər davam edir. Münaqişə ölkədə ciddi humanitar böhrana səbəb olub.
BMT-nin məlumatına görə, 11 milyondan çox insan döyüşlər səbəbindən evlərini tərk edib. Onların bir hissəsi ölkə daxilində başqa ərazilərə köçüb, digərləri isə qonşu ölkələrə sığınıb.
