Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Prezident Aleksandar Vuçiç bildirib.
Onun sözlərinə görə, çərşənbə günü Serbiya Prezidenti parlamentin hazırkı tərkibinin buraxılması və növbədənkənar seçkilərin oktyabrın 25-nə təyin edilməsi barədə fərmanlar imzalayacaq.
Aleksandar Vuçiç seçkilərdə iştirak edəcək bütün siyasi qüvvələrə demokratik rəqabət arzulayıb.
Sentyabrın əvvəlində hakim Serbiya Proqressiv Partiyasının rəhbərliyi partiyanın seçkilərdə qalib gələcəyi təqdirdə Aleksandar Vuçiçin Baş nazir vəzifəsinə namizədliyini dəstəklədiyini bildirib.
