Aİ: Husilərin Səudiyyə Ərəbistanına hücumları təhlükəli eskalasiyadır

A- A A+

Avropa İttifaqı (Aİ) husilərin Səudiyyə Ərəbistanında mülki infrastruktura qarşı son hücumlarını qətiyyətlə pisləyərək onu “təhlükəli eskalasiya” adlandırıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsü bildirib.

Aİ Səudiyyə Ərəbistanı ilə həmrəyliyini ifadə edib, mülki şəxslərə və infrastruktura hücumların qəbuledilməz olduğunu vurğulayıb. Bildirilib ki, bu hücumlar beynəlxalq hüququ pozur, regional təhlükəsizlik və sabitliyə xələl gətirir.

Aİ Yəmən daxilində və xaricində bütün hücumlara, o cümlədən Qırmızı dənizdə ticarət gəmilərinə hücumlara dərhal son qoyulmasına çağırıb.

Qeyd edək ki, sentyabrın 8-də Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanının cənubundakı bir neçə neft obyektinə hücum edib. Hücumlar nəticəsində yanğınlar baş verib, mülki şəxslər xəsarət alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: