Şimali Kiprin Baş naziri Ünal Üstel Girne sahillərində batan gəminin itkin düşən sərnişinlərini tapmaq üçün davam etdirilən işlərə əlavə olaraq, dərin su axtarışları üzrə mütəxəssis və lazımi texniki imkanlara malik özəl bir şirkətə də səlahiyyət verildiyini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Üstel Türkiyə Hərbi Dəniz Qüvvələrinə tabe olan hərbi gəmilərin axtarış işlərini fasiləsiz davam etdirdiyinə diqqət çəkərək, axtarış-xilasetmə heyətinə təşəkkür edib.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb, 239 nəfər xilas olunub. Ölənlərin sayı 14-ə çatıb, itkin düşmüş 14 sərnişinin isə axtarışı davam edir.
