Çinin şimalındakı Şensi əyalətinin keçmiş qubernatoru Cin Siancun rüşvət aldığına görə ikiillik möhlətlə edam cəzasına məhkum edilib.
NUHÇIXAN xəbər verir ki, Henan əyalətinin Sinyan şəhərindəki məhkəmənin çıxardığı hökmə əsasən bütün şəxsi əmlakı və qanunsuz qazancları müsadirə ediləcək sabiq məmur ömürlük siyasi hüquqlarından da məhrum edilib.
Məhkəmə Cin Siancunun 2004-2025-ci illərdə Yulin şəhərinin meri, Tiencin şəhəri merinin müavini və Şansi əyalətinin qubernatoru vəzifələrində çalışdığı dövrdə səlahiyyətlərindən sui-istifadə edərək şirkətlərə və fərdlərə biznes əməliyyatları, layihə müqavilələri və kadrların yüksəldilməsi kimi məsələlərdə kömək göstərdiyini müəyyən edib. Bunun müqabilində o, qanunsuz olaraq 148 milyon yuan (təxminən 21,8 milyon ABŞ dolları) dəyərində pul və qiymətli əşyalar qəbul edib.
Qeyd edək ki, sabiq qubernator ötən ilin oktyabrında Çin Kommunist Partiyasından xaric edilib və dövlət vəzifəsindən uzaqlaşdırılıb.
