Slovakiya ABŞ-dən daha 4 ədəd F-16 qırıcı təyyarəsi alacaq

A- A A+

Slovakiya hökuməti bu gün ABŞ-dən daha 4 ədəd F-16 qırıcı təyyarəsinin alınmasını təsdiqləyib.

Bu barədə NUHÇIXAN "Denník N" nəşrinə istinadən xəbər verir.

ABŞ administrasiyasının qiymətləndirməsinə görə, ƏDV və gömrük rüsumları nəzərə alınmadan dörd təyyarənin dəyəri 390 milyon avro (453,9 milyon dollar) təşkil edəcək.

Nəşrin məlumatına görə, bu, Robert Fitsonun başçılıq etdiyi hazırkı hökumətin fəaliyyəti dövründə silah alınması üzrə ən böyük sövdələşmələrdən biridir.

Daha əvvəl Slovakiya Müdafiə Nazirliyi 14 ədəd F-16 qırıcı təyyarəsi almışdı. Onlardan onu hazırda ölkədədir, daha 4-ü isə slovakiyalı pilotların hazırlığı üçün istifadə edildiyi ABŞ-nin Arizona ştatında yerləşdirilib.

Bununla belə, Müdafiə Nazirliyində qeyd edilib ki, bu təyyarələrin alınması ilə Slovakiyanın taktiki aviasiya potensialının inkişafı başa çatmayacaq.

Nazirlik izah edib ki, qırıcı təyyarələrin tədarükü ilə paralel olaraq ölkə onların uzunmüddətli istismarı üçün zəruri infrastruktur yaradır. Buraya pilotların və texniki personalın hazırlığı, logistika və xidmət təminatı, müvafiq infrastruktur, eləcə də təlim sistemi daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: