İsveçrədə SES-də partlayış baş verib: xəsarət alanlar var

A- A A+

Bu gün səhər saatlarında İsveçrənin cənubundakı "Ritom" su elektrik stansiyasında (SES) baş vermiş partlayış nəticəsində iki nəfər ağır xəsarət alıb.

NUHÇIXAN  xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 09:30-dan bir qədər sonra baş verib.

Tiçino kantonu polisinin məlumatına görə, hadisə nəticəsində iki nəfər ağır yaralanıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər, xilasedicilər və "Rega" şirkətinin helikopteri cəlb olunub.

"RescueMedia"nın məlumatına görə, partlayışdan sonra bina qismən çöküb.

Hadisənin başvermə səbəbləri və şəraiti müəyyənləşdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: