Gürcüstandan havaya qalxan və göyərtəsində 2 nəfərin olduğu kiçik təyyarə Türkiyənin Rizə vilayəti sahillərində suya düşüb.
NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.
Məlumata görə, hadisə Çayəli rayonu sahillərində baş verib.
Qəza enişinin səbəbi hələlik müəyyənləşdirilməyib. Lakin təyyarənin Batumidən uçduğu bildirilir.
