Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

A- A A+

Türkiyənin Ərzurum vilayətində yerləşən Atatürk Universiteti akademik və inzibati proseslərdə generativ süni intellektdən istifadə və institusional məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə hazırladığı “AtaZeka” platformasını istifadəyə verib.

NUHÇIXAN  xəbər veirir ki, universitetdə yaradılan təxminən 1500 kvadratmetrlik məlumat mərkəzi 10 min server tutumu ilə yerli süni intellekt modellərinin hazırlanması və tətbiqi üçün infrastruktur təmin edir. Sistem yüksək hesablama imkanlarına malik CPU əsaslı serverlər üzərində qurulub və mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır.

“AtaZeka” platforması vasitəsilə suallara cavab vermək, sənəd və mətn hazırlamaq, eləcə də görüntü yaratmaq mümkündür. Sistemə daxil edilən suallar və yüklənən sənədlər universitetin öz infrastrukturunda saxlanılır və kampusdan kənara çıxarılmır.

Universitet süni intellekt sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə yeni akademik bölmələr və mikroixtisas proqramları da yaradır. Qısamüddətli təlim proqramlarının sayının 2026-cı ilin sonunadək 100-ə, 2027-ci ilin sentyabrınadək isə 1000-ə çatdırılması hədəflənir. Ali təhsil müəssisəsində generativ süni intellektin təhsil prosesində istifadəsi ilə bağlı yol xəritəsinin hazırlanması üçün 27 müəllim, 2 inzibati əməkdaş və bakalavriat-magistratura səviyyələrindən 8 tələbənin daxil olduğu komitə də yaradılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: