Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib

A- A A+

Dunay çayının Macarıstanın paytaxtı Budapeşt şəhərindən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma düşüb.

 

NUHÇIXAN  xəbər verir ki, “Daily News Hungary” nəşrinin məlumatına görə, çərşənbə axşamı çayda suyun səviyyəsi bu vaxtadək qeydə alınmış tarixi minimumdan 1 santimetr də az olub.

Bildirildiyinə görə, çayın səviyyəsi avqust ayında təxminən 20 santimetr azalıb, iyulda isə 2018-ci ildə qeydə alınmış əvvəlki mənfi rekord yenilənib.

Çayda suyun səviyyəsinin aşağı düşməsi gəmilərin hərəkətində ciddi çətinliklər yaradıb və təhlükəsizlik risklərini artırıb. Dunayın bəzi hissələrində isə suyun çəkilməsi nəticəsində əvvəllər batmış gəmilərin qalıqları üzə çıxıb.

Mütəxəssislər çayda yaranmış vəziyyəti uzunmüddətli yağıntı çatışmazlığı və Dunay hövzəsindəki quraqlıqla əlaqələndiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: