İsveçrədə SES-dəki partlayışda 2 nəfər ölüb

A- A A+

İsveçrənin cənubundakı köhnə Su Elektrik Stansiyasında (SES) baş verən yanğın nəticəsində 2 işçi ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Reuters" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Tiçino kantonu polisinin məlumatına görə, Pyotta kəndindəki elektrik stansiyasında partlayışdan sonra yanğın baş verib və nəticədə 2 kişi ağır yaralanıb. Daha sonra onlar aldıqları xəsarətlərdən ölüblər.

Həlak olan işçilərdən biri 55 yaşlı İsveçrə vətəndaşıdır, digərinin şəxsiyyəti isə müəyyənləşdirilir.

Polisin açıqlamasında bildirilib ki, hadisənin səbəbləri və başvermə şəraiti araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: