Almaniya-İsveçrə sərhədində partlayıcı maddə şübhəsi səbəbindən avtomobil yolu bağlanıb

A- A A+

Almaniya-İsveçrə sərhədində avtomobilin yoxlanılması zamanı partlayıcı maddə ola biləcəyinə dair şübhə yarandığı üçün təhlükəsizlik tədbirləri çərçivəsində avtomobil yolu hər iki istiqamətdə bağlanıb.

NUHÇIXAN “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə Almaniya qeydiyyatlı avtomobilin İsveçrəyə daxil olarkən yoxlanılması zamanı baş verib. Avtomobil sahibinin Almaniyada cinayət törətməkdə şübhəli bilinməsi barədə məlumat olub. Bu barədə Baden-Vürtemberq əyalət polisi məlumat verib və həmin məlumat Şengen ölkələrinin sərhədlərarası məlumat və axtarış sisteminə daxil edilib.

Bundan sonra avtomobil xüsusi olaraq partlayıcı maddə axtaran itlərlə yoxlanılıb. İtlərin hər iki halda reaksiya verməsi avtomobildə partlayıcı maddə ola biləcəyi ehtimalını yaradıb.

Hazırda avtomobildə istifadəyə hazır bomba və ya partlayıcı maddənin olub-olmaması ilə bağlı araşdırma aparılır. Almaniya Federal Polisinin partlayıcı maddələr üzrə xüsusi qrupla İsveçrə tərəfinə yardım göstərir.

Təhlükəsizlik məqsədilə Almaniya və İsveçrə ərazisində həmin istiqamətdə avtomobil yolunda hərəkət bağlanıb. Məhdudiyyətlərin axşam saatlarına qədər davam etməsi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: