Ankarada içi tütünlə doldurulmuş 2 milyon 160 min siqaret gilizi ələ keçirilib

A- A A+

Ankaranın Gölbaşı rayonundakı qaçaqçılıq əməliyyatında içi doğranmış tütünlə dolu 2 milyon 160 min siqaret gilizi ələ keçirilib.

NUHÇIXAN "TRT Haber"ə istinadən xəbər verir ki, Ankara Təhlükəsizlik İdarəsindən verilən açıqlamaya görə, qaçaqçılıq əməliyyatı Gölbaşı Cumhuriyyət Baş Prokurorluğunun koordinasiyasında Qaçaqçılıq Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi tərəfindən keçirilib.

Hadisə ilə əlaqədar bir şübhəli saxlanılıb. Şübhəli barəsində "5607 saylı Qaçaqçılıqla Mübarizə Qanunu" çərçivəsində məhkəmə proseduru başladılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: