Störe: Zelenskinin təyyarəsi Moldovadan uçarkən PUA ilə vurulma təhlükəsi ilə üzləşib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan havaya qalxan zaman az qala pilotsuz uçuş aparatının (PUA) zərbəsinə tuş gələcəkdi.

NUHÇIXAN NRK-ya istinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe bildirib.

Onun sözlərinə görə, insident Ukrayna Prezidentinin Osloya uçuşu zamanı baş verib.

"Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən az qala PUA tərəfindən vurulacaqdı. Onun üzləşdiyi reallıq belədir", - Störe qeyd edib.

Zelenskinin Osloya səfəri rəsmi matəm tədbirlərində iştirakla başlayıb. Ukrayna Prezidenti Norveç Kralı Haraldın dəfn mərasimində iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: