Çində baş verən torpaq sürüşmələri nəticəsində 16 nəfər həlak olub

A- A A+

Çinin şərqində yerləşən Szyansi əyalətinin Suyçuan rayonunda baş verən torpaq sürüşmələri nəticəsində həlak olanların ümumi sayı 16 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Bildirilir ki, bölgədə bir neçə gün davam edən güclü leysan yağışları torpaq sürüşmələrinə səbəb olub.

Hazırda fəlakət bölgəsindən 18 mindən çox sakin təxliyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: