Fransanın xarici ticarət kəsiri 6,7 milyard avroya çatıb

A- A A+

Fransanın xarici ticarət kəsiri iyul ayında daha 900 milyon avro artaraq 6,7 milyard avroya çatıb. Gömrük xidməti bu göstəricinin əsas səbəbini idxalın artması ilə əlaqələndirir.

NUHÇIXAN xəbər verir ki, iyul ayında Fransanın idxalı 61,3 milyard avro təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 1,1 milyard avro artım deməkdir. Artım əsasən nəqliyyat vasitələri və avadanlıqlarının tədarükünün 700 milyon avroya çatması ilə bağlı olub. İxrac isə daha məhdud artaraq 54,7 milyard avroya yüksəlib. Gömrük xidmətinin məlumatına görə, ixrac cəmi 200 milyon avro artıb.

Ticarət balansında xüsusilə avtomobil sənayesi məhsullarının, daha az dərəcədə isə aviasiya və kosmik sənaye məhsullarının idxalının artması diqqət çəkib. Beləliklə, iyul ayının göstəriciləri Fransanın idxal və ixrac arasındakı fərqinin yenidən genişləndiyini göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: