Yaponiya İndoneziyada meşə yanğınlarının söndürülməsinə Özünümüdafiə Qüvvələrinin üç hərbi helikopterini cəlb edib .
NUHÇIXAN Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyatda ölkənin Dəniz və Quru Özünümüdafiə Qüvvələrinin 350-yə yaxın hərbçisi iştirak edəcək. Bildirilib ki,
CH-47 helikopterləri Qərbi Kalimantan əyalətindən fəaliyyət göstərəcək və təxminən bir həftə ərzində yanğınların havadan söndürülməsinə dəstək verəcək.
Qeyd edək ki, İndoneziyada bu ilin ilk yeddi ayında yanğınlar nəticəsində təxminən 2 min kvadratkilometr meşə və torf ərazisi yanıb. Bu, Yaponiyanın Özünümüdafiə Qüvvələrinin xaricdə həyata keçirdiyi ilk yanğınsöndürmə əməliyyatıdır. Missiya iki ölkə arasında fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılaşma çərçivəsində həyata keçirilir.
