Macarıstanda xarici işçilərin sayı rekord həddə çatıb

A- A A+

Macarıstanda xarici işçilərin sayı rekord həddə yüksəlib.

NUHÇIXAN xəbər verir ki, Macarıstan Mərkəzi Statistika İdarəsinin məlumatlarına əsasən, iyunda ölkədə 112 min 300 xarici vətəndaş çalışıb. Bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

Eyni zamanda, hökumət Avropa İttifaqından kənar ölkələrdən işçi cəlb edilməsinə dair qaydaları sərtləşdirib. Yeni tələblərə əsasən, Filippin, Gürcüstan və Nepal vətəndaşları əvvəlki sürətləndirilmiş prosedurlardan yararlana bilmirlər.

Bu dəyişikliklər fonunda turizm sektorunun beş əsas təşkilatı hökumətə müraciət edərək, üçüncü ölkələrdən işçilərin cəlb edilməsinə daha çevik yanaşılmasını istəyib. Sektor nümayəndələri işçi çatışmazlığının davam etdiyini bildiriblər. Onlar, həmçinin yerli kadrların hazırlanmasının gücləndirilməsini, inzibati yükün azaldılmasını və əmək qaydalarının daha proqnozlaşdırılan olmasını təklif ediblər. Təşkilatlar hesab edir ki, çevik əmək bazarı biznesin fəaliyyətinin planlaşdırılmasına kömək edə bilər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: