Fransanın Karkasson şəhərində bələdiyyə polisləri ilə bağlı qalmaqal yaranıb

A- A A+

Fransanın Karkasson şəhərində bir neçə bələdiyyə polisi irqçi, homofob və qadınlara qarşı təhqiramiz ifadələrə görə vəzifədən uzaqlaşdırılıb. Qərar şəhər prokurorluğu tərəfindən polis əməkdaşlarından birinin ifadələrinin yer aldığı görüntünün yayılmasından sonra qəbul edilib.

NUHÇIXAN xəbər verir ki, prokurorluq görüntüdə bəzi ifadələrin bir qrup insana qarşı böhtan xarakteri daşıdığını qeyd edib.

Ölkənin daxili işlər naziri Loran Nünez isə Karkasson bələdiyyə polisinin Dövlət İdarəçiliyi Baş Müfəttişliyi tərəfindən yoxlanılmasını tapşırıb. Nazir yayılan ifadələri “bələdiyyə polisinin formasına və respublikanın dəyərlərinə yaraşmayan” sözlər kimi qiymətləndirib.

Qeyd edək ki, görüntünü polis əməkdaşlarından birinin bədən kamerası qeydə alıb. Görüntü sonra polis bölməsində yayılıb və əməkdaşlardan biri şəxsi həyatın toxunulmazlığının pozulması ilə bağlı şikayət edib.

Görüntünü lentə alan polis Milli Birlik Partiyasının təhlükəsizlik xidmətinin də üzvü olub. Partiya onun təşkilatdan və bütün könüllü vəzifələrindən kənarlaşdırıldığını açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: