Macarıstanda benzin bahalaşıb, dizelin qiyməti isə demək olar ki, dörd ildən bəri ən yüksək həddə çatıb.
NUHÇIXAN xəbər verir ki, “Holtankoljak” portalının məlumatına görə, Aİ-95 markalı benzinin orta qiyməti bir litrə 617 forint (1,7 avro), dizelin qiyməti isə 697 forint (1,92 avro) təşkil edir ki, bu da 2022-ci ilin dekabrından bəri ən yüksək göstəricidir.
Qiymət artımına Rusiya mənşəli dizelin ixracına qoyulan məhdudiyyətlər, Rusiya neft emalı zavodlarındakı fasilələr və Yaxın Şərqdəki gərginliyin artması səbəb olub.
Macarıstan Mineral Yağlar Assosiasiyasının rəhbəri Eszter Bujdos bildirib ki, son hücumların bazar qiymətlərinə tam əks olunmadığını nəzərə alsaq, yanacağın daha da bahalaşması ehtimalı yüksəkdir. Hökumət isə əvvəllər tətbiq olunmuş qiymət tavanının bərpası niyyətində olmadığını bildirib.
