İsveç muzeyləri bu yay rekord sayda ziyarətçi qəbul edib

A- A A+

2026-cı ilin yayında İsveç muzeylərində ziyarətçi sayında əhəmiyyətli artım qeydə alınıb. İyun-avqust aylarında muzeylərə ümumilikdə 7,4 milyon ziyarət həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz çoxdur.

NUHÇIXAN xəbər verir ki, bu barədə sahə təşkilatı olan “Sveriges Museer” (“İsveç muzeyləri”) tərəfindən hazırlanan yeni hesabatda məlumat verilib.

Ən çox ziyarət edilən Stokholmdakı “Vasa” hərbi gəmi muzeyi olub və burada təxminən 650 min ziyarətçi qeydə alınıb. İkinci yerdə etnoqrafik kompleks olan Skansen Açıq Səma Muzeyi qərarlaşıb. Bu muzeyi 600 minə yaxın insan ziyarət edib. Ən çox ziyarət edilən muzeylər sırasında, həmçinin Şimal Muzeyi, Qotland Muzeyi və Malmö Muzeyi yer alıb.

Hesabat 140 muzey təşkilatının məlumatları əsasında hazırlanıb. Ziyarətçi sayının artmasının səbəbləri arasında fəal marketinq fəaliyyəti, proqramların genişləndirilməsi və iş saatlarının artırılması göstərilir.

Pulsuz giriş də əhəmiyyətli rol oynayıb. Girişin pulsuz olduğu 40 muzeydə ümumi ziyarət sayı 30 faiz artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: