Almaniya hakimiyyəti Leypsiq hava limanında dronlarla bağlı bir neçə insidentdən sonra 150 rusiyalını - bir neçə diplomatik nümayəndəliyin əməkdaşlarını və onların ailə üzvlərini ölkədən çıxarmaq qərarına gəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfirliyi məlumat yayıb.
"Heç bir zərər vurmayan, mənşəyi naməlum sınıq dronun tapılması Rusiya nümayəndəliyinin 150-dən çox əməkdaşının və onların ailə üzvlərinin təcili şəkildə ölkədən çıxarılması, eləcə də ikitərəfli mədəni əməkdaşlığın pozulması üçün "məntiqli" səbəbdirmi?" - diplomatik missiyanın bəyanatında vurğulanıb.
Səfirlik Almaniya hökumətinin addımlarını "səhv və son dərəcə təhlükəli kurs" adlandırıb.
Xatırladaq ki, bundan əvvəl Almaniya hökuməti Rusiyanın Bonndakı Baş Konsulluğunu bağlamaq qərarına gəlib.
