ABŞ neft qiymətlərinə dair proqnozunu artırıb

A- A A+

Cari ildə “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 91,01 dollar olacağı gözlənilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Qurumun ötənaykı proqnozu 86,81 dollar idi.

EIA-ya görə, “Light” markalı xam neftin bir barelinin orta qiyməti isə bu il 84,65 dollar olacaq. Əvvəlki proqnoz 80,88 dollar idi.

Gələn il “Brent” neftinin bir barelinin qiymətinin orta hesabla 73,74 dollar, “Light”ın bir barelinin qiymətinin isə 69,74 dollar olacağı proqnozlaşdırılır. Əvvəlki proqnozlar müvafiq olaraq 69,39 dollar və 65,39 dollar idi.

EIA Yaxın Şərqdən neft tədarükündəki fasilələrin təsirini əsas gətirərək bu il və gələn il üzrə neft qiymətləri proqnozlarını yuxarıya istiqamətli yenidən nəzərdən keçirib. Proqnozlarda yuxarı istiqamətli düzəlişə baxmayaraq, EIA gələn il neft qiymətlərində eniş meyili gözləntilərini qoruyub saxlayıb.

Bundan başqa, “Brent”in orta qiyməti avqust ayında 91 dollara yüksəlib. Bu göstərici Yaxın Şərqdən neft ixracının məhdud olması və bölgədə hasilatın artması ilə əlaqədar olaraq, əvvəlki aya nisbətən 7 dollar artım deməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: