Konqo Demokratik Respublikasının şərqindəki Bukavu şəhərində baş verən yanğında 20 məktəbli ölüb, bir neçə nəfər ağır xəsarət alıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən "Radio Okapi" məlumat yayıb.
Digər şagirdlər tüstüdən zəhərlənərək tibb müəssisələrinə çatdırılıb. Yanğın bir neçə yaşayış evini də əhatə edib.
Yanğının səbəbi hələ ki müəyyən edilməyib.
