Qazaxıstanda ağciyər xərçənginin aşkarlanmasında süni intellektdən istifadə təklif olunur

A- A A+

Qazaxıstanda ağciyər xərçənginin erkən aşkarlanması üçün süni intellektəsaslı milli skrinninq sisteminin tətbiqi təklif olunur.

NUHÇIXAN Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, deputat Sergey Ponomaryov Baş nazir Oljas Bektenova parlament sorğusunu təqdim edib.

Deputatın sözlərinə görə, ölkədə hər il 3 mindən çox xəstəyə yeni ağciyər xərçəngi diaqnozu qoyulur. O bildirib ki, 2023-cü ildə Dünya Bankının dəstəyi ilə erkən diaqnostika üçün süni intellekt sistemi hazırlanıb, lakin layihə sonradan dayandırılıb.

Təklifdə ağciyər xərçənginin erkən aşkarlanması üçün aşağı dozalı kompüter tomoqrafiyasından istifadə nəzərdə tutulur. Ponomaryov layihənin nə üçün dayandırıldığının araşdırılmasını və onun tətbiqi üçün konkret müddətlərin müəyyənləşdirilməsini istəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: