Misin qiyməti rekord göstəricidən geriləyib

A- A A+

Dünya bazarında misin qiyməti tarixi rekord göstəricidən geriləyib.

NUHÇIXAN xəbər verir ki, inflyasiya narahatlıqlarına görə ABŞ-nin gömrük tariflərinin tətbiqi ilə bağlı qərarını dayandırdığı xəbərindən sonra misin qiyməti 3 faizdən çox azalıb. ABŞ-nin təmizlənmiş metala idxal tarifləri tətbiq edəcəyi gözləntiləri ilə sentyabrın 8-də London Metal Birjasında misin bir tonunun qiyməti 14 min 875 dollara çataraq yeni rekord səviyyəyə yüksəlmişdi. Buna qədər mis qiymətləri ardıcıl 11-ci həftə artım nümayiş etdirmişdi.

“Reuters”ə görə, təxirə salınma, yüksək mis qiymətlərinin istehsal xərclərini artıra biləcəyi ilə bağlı narahatlıqlar fonunda rəsmilərin daha çox yerli hasilatı təşviq etməyin potensial faydalarını qiymətləndirməsindən irəli gəlir.

Analitiklər xəbərdarlıq edirdilər ki, artımı dəstəkləyən bəzi amillər kövrək göründüyü üçün qazancı qoruyub saxlamaq çətin ola bilər. Bildirilir ki, qiymətlər hazırda fundamental göstəricilər və son istehlakçı tələbindən daha çox ABŞ-də idxal arbitraj imkanları və qısamüddətli spekulyativ kapitalla idarə olunur.

Qeyd edək ki, qlobal mis ehtiyatları yüksək olaraq qalır. Beynəlxalq bazarlarda əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır.

Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: