ABŞ-nin Texas ştatının Makallen şəhərində kələm yükünün içində gizlədilmiş təxminən 910 kiloqram metamfetamin müsadirə edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) "X" sosial şəbəkəsində məlumat yayıb.
Qurumun məlumatına görə, DEA-nın Makallendə yerləşən bölməsinin əməkdaşları Rio-Qrande vadisində kələm yükünün içərisində gizlədilmiş 2 min funtdan (təxminən 0,91 ton) çox metamfetamin aşkar edərək müsadirə ediblər.
Narkotik vasitələrin müsadirəsi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin xüsusi işçi qrupunun apardığı araşdırma çərçivəsində həyata keçirilib.
Əməliyyatda Daxili Təhlükəsizlik Nazirliyinin İstintaq Xidməti (HSI), Federal Təhqiqatlar Bürosu (FBI), Gömrük və Sərhəd Mühafizəsi Xidməti, ABŞ Sərhəd Patrulu və Texas İctimai Təhlükəsizlik Departamentinin əməkdaşları iştirak ediblər.
