Tramp İranla müharibəyə görə peşman olmadığını deyib

A- A A+

ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə görə peşman olmadığını bildirib.

NUHÇIXAN xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Mən peşmanlıq sözünə inanmıram. Yenidən seçim qarşısında qalsaydım, eynilə etdiyim kimi davranardım”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti İranın nüvə imkanlarının sıradan çıxarıldığını, Tehranın nüvə silahı əldə edəcəyi təqdirdə, bundan istifadə edəcəyini deyib. Onun sözlərinə görə, bununla onlar İsrail və Yaxın Şərqi məhv edər və ABŞ-nin bir neçə şəhərini vurmağa çalışardı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: