ABŞ Səudiyyə Ərəbistanına kəşfiyyat məlumatlarının ötürülməsini və hərbi dəstəyi genişləndirib.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Yəməndə husilərlə artan qarşıdurma fonunda Səudiyyə Ərəbistanında 100-dən çox amerikalı hərbi məsləhətçi çalışır.
ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, ölkədə ümumilikdə təxminən 200 Amerika hərbçisi yerləşdirilib. Bildirilir ki, ABŞ hərbçiləri zərbələrdə birbaşa iştirak etmir və Səudiyyə hərbi təyyarələrinin yanacaqla təminatına kömək göstərmirlər.
