ABŞ İrana qarşı sanksiya siyahısına 14 şəxs və beş şirkət əlavə edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.
Yeni sanksiyalar İraq, BƏƏ, Suriya və Livan vətəndaşlarına, həmçinin bu ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərə şamil edilir.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısında olan qurumlarla maliyyə əməliyyatlarına icazə verən lisenziyaların verilməsi qaydalarını sərtləşdirib.
Sanksiyalar çərçivəsində ABŞ-dəki aktivlər dondurulur və Amerika vətəndaşları ilə şirkətlərinə siyahıda yer alan şəxslər və qurumlarla əməliyyat aparmaq qadağan edilir.
