ABŞ-nin kommersiya xam neft ehtiyatları azalır.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 400 min barel azalaraq 424 milyon 100 min barel olub. Bazar proqnozları ehtiyatların 1 milyon 400 min barel azalacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 1 milyon 200 min barel geriləyərək 285 milyon 400 min barel olub. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1 milyon 300 min barel artaraq 206 milyon 900 min barel təşkil edib.
