Paşinyan və Mirziyoyev ticari-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib

A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev telefon danışığı zamanı iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı tədbirləri müzakirə ediblər.

NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, məlumatı Baş nazirin aparatı yayıb.

Tərəflər Ermənistan-Özbəkistan münasibətlərinin və ikitərəfli gündəliyin gələcək inkişafına dair məsələləri müzakirə ediblər.

Paşinyan və Mirziyoyev ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Bundan başqa, regional proseslər, o cümlədən Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: