Fransada təbii qazın istinad qiyməti oktyabrın 1-dən etibarən daha 6,3 faiz artacaq.
NUHÇIXAN xəbər verir ki, Enerjinin Tənzimlənməsi Komissiyasının (CRE) məlumatına görə, bahalaşma avqust ayında topdansatış təbii qaz bazarında qiymətlərin yüksəlməsi ilə bağlıdır.
Təbii qazın satış üzrə istinad qiyməti orta hesabla 182,88 avro/meqavat-saat təşkil edəcək. Bu tarif sentyabrın 1-də də 5,6 faiz artırılmışdı.
Ekspertlərin fikrincə, yeni bahalaşmanın əsas səbəblərindən biri Hörmüz boğazında qaz daşımalarının məhdudlaşdırılması və Yaxın Şərqdəki münaqişədir. Dünya mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının təxminən beşdəbirinin keçdiyi bu marşrutun bağlanması ölkələri alternativ təchizatçılara yönəlməyə məcbur edir.
Ailələr üçün aylıq enerji xərclərinin yenidən yüksəlməsi gözlənilir.
