ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

A- A A+

Birləşmiş Ştatların gündəlik xam neft istehsalı artıb.

NUHÇIXAN ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, Birləşmiş Ştatların neft hasilatı ötən hesabat həftəsində 85 min barel artaraq sutkada orta hesabla 13 milyon 947 min barel olub.

Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 53 min barel artaraq sutkalıq 6 milyon 824 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 1 milyon 66 min barel azalaraq gündəlik 3 milyon 417 min barel təşkil edib.

EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 830 min barel, gələn il isə 14 milyon 260 min barel olacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: