Türkiyədə istehsal olunan “AKINCI” pilotsuz döyüş aparatının zərbə imkanları genişləndirilib

A- A A+

Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi “AKINCI” pilotsuz döyüş aparatı (PUA) “Roketsan” şirkətinin hazırladığı “UAV-300” səsdən sürətli ballistik raketi ilə keçirilən sınaqda 250 kilometrdən uzaqda yerləşən dəniz hədəfini birbaşa zərbə ilə məhv edib.

NUHÇIXAN xəbər verir ki, keçirilən sınaq zamanı raket “AKINCI”dən uğurla buraxılıb və hədəfə dəqiq zərbə endirib.

“UAV-300”ün inteqrasiyası ilə “AKINCI”nın uzunmənzilli zərbə imkanları genişlənib.

“Baykar” şirkətinin məlumatına görə, “AKINCI” müxtəlif milli sursatlarla təchiz olunaraq fərqli hədəflərə qarşı istifadə edilə bilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: