Konqoda məktəblərdə baş verən yanğın nəticəsində azı 26 şagird ölüb

A- A A+

Konqo Demokratik Respublikasının şərqində yerləşən Bukavu şəhərində iki qonşu məktəbdə baş verən yanğın nəticəsində azı 26 şagird həyatını itirib, onlarla insan yaralanıb.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Cənubi Kivu əyalətinin hökumətinin yaydığı məlumata görə, ölənlərdən 19-u qız, 7-si isə oğlandır. Bildirilib ki, ölənlərin sayının artacağı istisna edilmir.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Hadisə əhalinin sıx məskunlaşdığı ərazidə ciddi dağıntılara səbəb olub. Bölgədəki evlərin əksəriyyətinin taxtadan tikildiyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: