Konqo Demokratik Respublikasının şərqində Ebola epidemiyası sürətlə yayılır

A- A A+

Konqo Demokratik Respublikasının şərqində Ebola virusunun indiyədək ən sürətli yayılma halı qeydə alınıb. Epidemiya əsas ocağından kənara sürətlə yayılır.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin bəyanatına görə, epidemiyanın əsas ocağı olan İturi əyalətində son həftələr ərzində yeni yoluxma və ölüm hallarının sayı azalsa da, qonşu Şimali Kivu və Yuxarı Uele əyalətlərində yoluxmalar kəskin artıb.

Hökumətin açıqladığı son məlumatlara görə, ölkədə ümumilikdə 6 min 843 yoluxma halı qeydə alınıb, onlardan 3 min 310-u ölümlə nəticələnib.

İturidə 5 min 400-dən çox yoluxma müəyyən edilib. Şimali Kivu əyalətində isə epidemiyanın may ayında elan edilməsindən sonra yoluxma hallarının sayı 1 mini ötüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: