İndoneziyanın Molukk adaları ərazisindəki Banda dənizində 6,2 maqnitudalı zəlzələ baş verib.
NUHÇIXAN İndoneziyanın Geofizika Agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 143 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi yoxdur. Dağıntılar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.
