“Fox News”: ABŞ qüvvələri İranla gərginlik fonunda gecə əməliyyatlarına hazırlaşır

A- A A+

ABŞ qüvvələri İranla artan gərginlik fonunda Ərəbistan dənizində gecə əməliyyatlarına hazırlaşır.

NUHÇIXAN xəbər verir ki, “Fox News”un müxbiri Trey Yinqst bu barədə Hörmüz boğazı yaxınlığında yerləşən “USS George Washington” aviadaşıyıcısının göyərtəsindən məlumat verib.

Müxbirin sözlərinə görə, o, gəmiyə çatdıqdan təxminən bir saat sonra İrandan qaynaqlandığı bildirilən yeni təhlükəyə cavab olaraq döyüş təyyarələri və helikopterin təcili havaya qaldırılmasına hazırlıq başlayıb. Bombalarla təchiz edilən F-35 qırıcılarının da aviadaşıyıcının uçuş göyərtəsindən havaya qalxması nəzərdə tutulur.

“Bura İranla münaqişənin son dərəcə fəal cəbhə xəttidir. Bu, ABŞ-nin hazırda regionda necə mövqe tutduğunu göstərir”, – deyə Trey Yinqst bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: