"Reform UK"ə rekord məbləğdə ianə edilib

A- A A+

Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb.

NUHÇIXAN Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilən ən böyük birdəfəlik ianədir.

Delo bildirib ki, pulları növbəti ümumi seçkilərdə "ədalətli mübarizə"ni təmin etmək üçün verib. O, artıq "Reform UK"nin ikinci ən böyük donoru idi və əvvəllər partiyaya 8 milyon Britaniya funtu köçürüb.

Partiyadakı mənbələrin sözlərinə görə, ianə "Reform UK"ə siyasi komandasını genişləndirməyə və hər bir hədəf dairəsində seçki kampaniyası rəhbərlərini işə götürməyə imkan verəcək. Delo özü partiyanı vəsait toplanmasına daha az, hakimiyyətə gəlməyə hazırlığa isə daha çox vaxt sərf etməyə çağırıb.

2026-cı ilin ilk iki rübündə "Reform UK" 14,9 milyon funt, mühafizəkarlar 10,2 milyon, leyboristlər isə 7,7 milyon funt cəlb edib. Nəşr qeyd edir ki, yeni ianəni nəzərə alsaq, "Reform"a bu il mühafizəkarlardan beş dəfə, leyboristlərdən isə altı dəfədən çox vəsait daxil olub.

Bir ianə üzrə əvvəlki rekord 10 miluon funt təşkil edirdi, mühafizəkarlar bu məbləği vəsiyyət əsasında alıblar. "Reform UK"ə donordan gələn bundan əvvəlki ən böyük hədiyyə 9 milyon təşkil edib və kriptomilyarder Kristofer Harborndan daxil olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: