Ukrayna Prezidenti Volodimir Zelenski dekabrda Mayamidə keçirilməsi planlaşdırılan "Böyük İyirmilik" (G20) liderlərinin sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi təklif edir.
"Rq xəbər verir ki, bu barədə Prezident Zelenski DW-yə müsahibəsində bildirib.
O, Putinin sammitdə iştirak edəcəyi təqdirdə Mayamiyə gələcəyini qeyd edib.
"Bəli, əlbəttə. Biz gəlməliyik. Biz görüşməli, danışmalı və qərarlar qəbul etməliyik", - o bildirib.
