Si Cinpin 7 il ərzində ilk dəfə Hindistana gedib

A- A A+

Çin Sədri Si Cinpin 7 il ərzində ilk dəfə Hindistana səfərə gedib.

Bu barədə NUHÇIXAN xarici mediaya istinadən xəbər verir.

Səfərin məqsədi Yeni Delhidə keçirilən BRICS liderlərinin sammitində iştirak etməkdir.

Si Cinpinin sammitdə çıxış edəcəyi, həmçinin Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparacağı və birlik ölkələrinin digər liderləri ilə fikir mübadiləsi aparacağı gözlənilir.

Məlumata görə, səfər 2020-ci ildə mübahisəli Himalay sərhədində baş vermis silahlı toqquşmadan sonra daha da mürəkkəbləşən Çin-Hindistan münasibətlərinin bərpası fonunda baş tutur. Toqquşma nəticəsində 20 hindistanlı və 4 çinli hərbçi həlak olmuşdu.

Son illər Pekin və Yeni Delhi ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: