Çin gələn il BRICS-ə sədrliyi qəbul edəcək və 19-cu sammiti keçirəcək.
NUHÇIXAN "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin bu gün Nyu-Delhidə (Hindistan) keçirilən 18-ci BRICS sammitində bildirib.
"2027-ci ildə Çin yenidən BRICS-in rotasiya qaydasında sədri vəzifəsini icra edəcək. Bütün tərəflər birlikdə əməkdaşlığın yeni fəslini yazmaq üçün Çinin BRICS ölkələrinin kollektiv müdrikliyini və güclü sinerjisini birləşdirəcəyini səbirsizliklə gözləyirlər", - Çin Mərkəzi Televiziyası (CCTV) Si Cinpinin sözlərindən sitat gətirib.
