ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 100 ticarət gəmisinin marşrutunu dəyişdirib.
NUHÇIXAN-ın xəbərinə görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
"ABŞ-nin İranın blokadasını yenidən tətbiq etməsindən bəri son 60 gündə CENTCOM qüvvələri 100 ticarət gəmisinin marşrutunu dəyişdirib", - paylaşımda deyilir.
CENTCOM iddia edib ki, ABŞ Silahlı Qüvvələrinin razılığı olmadan heç bir gəmi blokadadan çıxmayıb. "Amerika hərbçiləri bu missiyaya tam diqqət yetirir", - komandanlıq qeyd edib.
