Qlobal Cənub ölkələri beynəlxalq hüququ birgə dəstəkləməli və ikili standartlar olmadan bərabər tətbiqini təmin etməlidirlər.
NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, bu sözləri Çin Sədri Si Cinpin Hindistanda keçirilən BRICS və tərəfdaş ölkələrin görüşündə çıxışı zamanı deyib.
"Qlobal Cənub ölkələri beynəlxalq hüququn aliliyini birgə dəstəkləməli, suveren bərabərlik, daxili işlərə qarışmamaq və mübahisələrin dinc yolla həlli kimi beynəlxalq münasibətlərin fundamental normalarını qorumalı, beynəlxalq hüququn və qaydaların ikili standartlar olmadan bərabər tətbiqini təmin etməlidirlər”, - deyə Si Cinpinin sitatında bildirilib.
